"Azərbaycan kimi ölkələrdə yüksək səviyyəli tədbirlər keçirməyimiz vacibdir"

2 May 2023 01:50 Digər növlər 631
"Azərbaycan kimi ölkələrdə yüksək səviyyəli tədbirlər keçirməyimiz vacibdir"

"Fəaliyyət coğrafiyasını və FIA üzvlərinin iştirakını genişləndirmək üçün Azərbaycan kimi ölkələrdə yüksək səviyyəli tədbirlər keçirməyimiz vacibdir".

Sportinfo.az xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem bu il Bakıda təşkil olunacaq Baş Assambleya və "Formula 1"in mükafatlandırma mərasimi barədə qurumun rəsmi saytına açıqlamasında deyib.

FIA rəhbəri bu cür tədbirlərin Azərbaycanda keçirilməsinin regionda avtoidmana marağı stimullaşdırdığını bildirib: "Baş Assambleyanın Bakıda olacağını təsdiqləməkdən məmnunam".

Azərbaycan Qran-prisi 28-30 apreldə Bakıda keçirilib. Yarışın qalibi "Red Bull" pilotu Serxio Peres olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti