“Onun təzyiqinə dözməli oldum, mənə çətinlik yaratdı”

1 May 2023 09:20 Digər növlər 513
“Onun təzyiqinə dözməli oldum, mənə çətinlik yaratdı”

“Yarış çətin keçdi, Ferstappenin təzyiqinə dözməli oldum”.

Sportinfo.az xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi olan “Red Bull” komandasının pilotu Serxio Peres deyib.

Meksikalı sürücü komanda yoldaşı Maks Ferstappenlə birlikdə yaxşı çıxış etdiklərini bildirib.

O, 2021-ci ildə olduğu kimi, Bakı trekində yenə finişə birinci çatmasına da münasibət bildirib:

“Bakıda iki qələbə? Əslində iki yarım. Təhlükəsizlik maşını çıxanda liderliyi ələ keçirə bildik.

İkimiz də yaxşı sürət yığdıq, hətta bir-iki dəfə divara toxunduq. Maks mənə, həqiqətən də, çətin anlar yaşatdı. Ancaq hər şeyi nəzarətdə saxlamağı bacardım”.

Bu, Serxio Peresin cari mövsüm ikinci uğurudur. O, Səudiyyə Ərəbistanı Qran-prisində də birinci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti