Formula 1 üzrə Azərbaycan Qran-prisində ilk yaşanıb.
Sportinfo.az xəbər verir ki, Serxio Peres ikinci dəfə yarışın qalibi olmaqla “Bakıda hər il fərqli qalib olur” sindromunu qırıb.
O, 2021-ci ildə də birinci olmuşdu.
Niko Rozberq (“Mercedes”, 2016), Daniel Rikkiardo (“Red Bull”, 2017), Lüis Hemilton (“Mercedes”, 2018), Valtteri Bottas (“Mercedes”, 2019) və Maks Ferstappen (“Red Bull”, 2022) 2016-cı ildən təşkil edilən Azərbaycan Qran-prilərinin qalibi olublar.

