"Onların yanındayıq!" - III Autizm Festivalı keçiriləcək

1 May 2023 03:30 Digər növlər 591
"Onların yanındayıq!" - III Autizm Festivalı keçiriləcək

Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılıgı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mayın 3-ü Fəvvarələr meydanında III Autizm Festivalı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klubları öz fəaliyyətlərini ictimaiyyətin diqqətinə çatdıracaqlar. Festivalın keçirilməsində məqsəd Autizm sindromu haqqında cəmiyyəti maarifləndirmək və bu sahəyə diqqəti daha da artırmaqdır.

Festival saat 10:00-da başlayacaq tədbirin bədii hissəsində isə incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edəcəklər. Giriş sərbəstdir.

Autizm Festivalı Təşkilat Komitəsinin sədri Elnur Məmmədli müraciət edərək hər kəsi festivala dəvət edib: "Hər bizinizi III Autizm Festivalında gözləyirik. Autizmin fərqindəyik, onların yanındayıq!".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti