“Ferrari”nin sürücüsü Karlos Saynz Bakıda keçirilən Formula 1 yarışından danışıb.
Sportinfo.az xəbər verir ki, ispaniyalı pilot Bakıda ilk dəfə təşkil edilən sprint yarışının onlar üçün həyəcanverici olduğunu söyləyib:
“Çətin olacaq, xüsusən də səhər oyanıb birbaşa trekə getmək. Yaxşı isinmə, bəlkə soyuq duş almalıyam.
Çünki oyandığımdan əmin olmalıyam. Sprint çox gərgin və həyəcanlı olacaq”.
Onun fikrincə, məşq əvəzinə ikinci bir yarışın proqrama əlavə edilməsi doğru addımdır:
“Həftəsonu daha çox yarış, daha vacib dövrələr, əlbəttə ki, bizim üçün həm əqli, həm də fiziki cəhətdən çətin olacaq.
Amma bu da yeni həyəcandır. Bu, xüsusən də azarkeşləri və medianı sevindirir. Sprint yarışının reytinqinin artmasına da kömək olur”.

