Niderlandlı Bakıda liderliyini möhkəmləndirdi

29 Aprel 2023 19:30 Digər növlər 635
Niderlandlı Bakıda liderliyini möhkəmləndirdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günün ardından "Red Bull" pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini möhkəmləndirib.

Sportinfo.az xəbər verir ki, sprint yarışında üçüncü yeri tutan niderlandlı sürücü 6 xal qazanıb.

Hazırda onun 75 xalı var.

Sprintdə qalib olan və 8 xal əldə edən "Red Bull"un digər pilotu Serxio Peres (62 xal) ikincidir.

İlk "3-lüy"ü bugünkü mübarizəni altıncı sırada başa vuran və 3 xal qazanan "Aston Martin" komandasından Fernando Alonso qapayır.

Yarışı ikinci sırada bitirən və aktivinə 7 xal əlavə edən "Ferrari"dən Şarl Lekler (13 xal) səkkizinci pilləyə yüksəlib.

Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti