“Şuşa”dan böyük uğur: Dubayda yarımfinala çıxdı - FOTOLAR

29 Aprel 2023 17:00 Digər növlər 514
“Şuşa”dan böyük uğur: Dubayda yarımfinala çıxdı - FOTOLAR

Azərbaycanın “Şuşa” komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən futvoley üzrə beynəlxalq turnirdə yarımfinala çıxıb.

Komandamız ¼ finalda Türkmənistan komandasına qalib gəlib.

Şuşanın eyniadlı komandasının yarımfinaldakı rəqibi İsrail komandası olacaq.

Beynəlxalq turnir müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə baş tutub. Azərbaycan turnirdə “Şuşa” ilə təmsil olunur.

Komandanın heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış edir.

Beynəlxalq turnir Azərbaycan Respublikası Diasporla İs üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

Beynəlxalq Futvoley Federasiyasının prezidenti həmyerlimiz Vüsal Xəlilovdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti