Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev bu gün növbəti döyüşünü keçirib.
Tanınmış azərbaycanlı idmançı İstanbulda yerləşən «Pullman Hotel»in zalında Omar Ezekiel Moreno ilə üz-üzə gəlib.
Böyük publika önündə baş tutan döyüş cəmi 3 raund çəkib.
«Kobra» ləqəbli həmyerlimiz bu müddət ərzində rəqibini iki dəfə nokauta salıb və vaxtından əvvəl qalib gəlməklə azarkeşləri sevindirib.
SPORTİNFO.AZ

