Portuqaliyada beynəlxalq turnirə qatılacaq Azərbaycan gimnastları

28 Aprel 2023 18:20 Digər növlər 430
Portuqaliyada beynəlxalq turnirə qatılacaq Azərbaycan gimnastları

Aprelin 29-da Portuqaliyanın Portimao şəhərində start götürəcək bədii gimnastika üzrə beynəlxalq turnirə qatılacaq Azərbaycan təmsilçiləri açıqlanıb.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli komandaların ümumilikdə 10 üzvü qüvvəsini sınayacaq.

Böyüklər arasında Alina Məmmədova və Kamilla Seyidzadə, gənclərdə isə Şəms Ağahüseynova və Nuray Əhmədzadə fərdi proqramda medallar uğrunda yarışacaqlar.

Turnirdə eləcə də Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası mübarizə aparacaq.

Azərbaycan gimnastları turnirdə iştirak üçün artıq Portuqaliyaya yollanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti