“Bakıda sizi təəccübləndirəcək çox şey var”

28 Aprel 2023 19:20 Digər növlər 635
“Bakıda sizi təəccübləndirəcək çox şey var”

“Bakı trekində sizi təəccübləndirəcək çox şey var”.

Sportinfo.az xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında iştirak edən “Red Bull” komandasının rəhbəri Kristian Horner Azərbaycan Qran-prisinin sərbəst yürüşündən sonra deyib.

O, “Red Bull” pilotları Maks Ferstappenin birinci, Serxio Peresin isə üçüncü olduğu sərbəst yürüşdəki performansını dəyərləndirib:

“Sessiya yaxşı keçdi. İndi sıralama turundən əvvəl hadisələri analiz edirik. Bizim üçün prioritet bazar gün keçiriləcək yarışda maksimum xal toplamaqdır.

Mövsüm yeni başladığı üçün xal ehtiyatını artırmaq vacibdir. Pilotlarımız bir-birləri ilə yarışa bilərlər. Yetər ki, bunu təmiz mübarizə ilə etsinlər”.

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti