Azərbaycan Qran-prisi: O. sərbəst yürüşü birinci pillədə başa vurdu

28 Aprel 2023 15:20 Digər növlər 728
Azərbaycan Qran-prisi: O. sərbəst yürüşü birinci pillədə başa vurdu

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

Sportinfo.az xəbər verir ki, bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.

İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb.

“Haas”dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.

Bu gün "Formula 1"də sıralama turu da təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti