"Bu uğur hamımızın haqqıdır"

28 Aprel 2023 02:30 Digər növlər 488
"Bu uğur hamımızın haqqıdır"

"Medal qazandığım və bunu Azərbaycana həsr etdiyim üçün çox qürurluyam".

Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında gümüş medal əldə edən Qamze Altun Bakıdakı qarşılama mərasimində deyib.

20 yaşlı idmançı Azərbaycana gəldiyi üçün çox xoşbəxt olduğunu söyləyib:

"Dəvət üçün cənab Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Bu uğur hamımızın haqqıdır.

Bizi buraya gətirdiyi üçün federasiya prezidentimiz Talat Ünlüyə də minnətdaram. Qarşılama mərasimi üçün isə sizə təşəkkür edirəm".

Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti