Bakıya gələn braziliyalı: "Bu suala cavab vermək çətindir"

10 Sentyabr 2022 03:00 Digər növlər 613
Bakıya gələn braziliyalı: "Bu suala cavab vermək çətindir"

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida döyüş gecəsindən əvvəl mətbuat konfransı təşkil edilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Antonio Silva da iştirak edib. Braziliyalı döyüşçü jurnalistlərin suallarını cavablandırıb:

"Zabit Səmədova hörmətlə yanaşıram. Amma bu döyüşdür. İstəyirik ki, bütün dünya yaxsı döyüş izləsin.

- Son 7 döyüşdə məğlub olmusuz. Bu dəfə tilsimi qıra biləcəksiz?
- Zabit Səmədov peşəkar döyüşçüdür. Bu suala cavab vermək çətindir. Son rəqibim beşqat çempion idi.

- Zabit Səmədovun ən güclü tərəfləri hansılardır?
- Zabit hərtərəfli döyüşçüdür. O, çox aktivdir. Çalışacağıq ki, bu döyüşü yaxşı keçirək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"