Azərbaycanda nazir bu federasiyanın başına gətirildi

10 Sentyabr 2022 00:50 Digər növlər 624
Azərbaycanda nazir bu federasiyanın başına gətirildi

Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra federasiyasının rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev federasiyanın prezidenti seçilib.

Yığıncaqda həmçinin Səyyarə Məmmədova federasiyanın vitse-prezidenti, Dilarə Cəfərova, Rinat Rəhimxanov və Abuzər Ağazdə İdarə Heyətinə üzv seçiliblər.

Yığıncaqda Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev çıxış edərək qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Əvvəlki prezident Nizami Mursaqulov olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da