Bədii gimnastika üzrə millimiz İslamiadada qızıl medal qazandı

14 Avqust 2022 01:00 Digər növlər 369
Bədii gimnastika üzrə millimiz İslamiadada qızıl medal qazandı

Bədii gimnastlarımız Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi təsnifat yarışlarında çıxışlarını başa vurublar.

Sportinfo.az xəbər verir ki, son olaraq gimnastlarımız - Zöhrə Ağamirova və İlona Zeynalova lentlə proqramlarını təqdim ediblər.

Z.Ağamirovanın çıxışı 31,200, İ.Zeynalovanın proqramı isə 30,400 xalla qiymətləndirilib.

Dörd hərəkətin cəmində, Azərbaycan millisi 252,300 xalla komanda yarışlarında birinci olub. Hesabında 248,500 xalla Özbəkistan ikinci, 240,100 xalla isə Qazaxıstan komandası üçüncü pillədə qərarlaşıblar.

Yarışda ölkəmiz üç gimnast – Z.Ağamirova, İ.Zeynalova və Alina Gözəlova ilə təmsil olunur.

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb.

V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti