Azərbaycan gimnastları İslamiadada finala vəsiqə qazandı

13 Avqust 2022 17:20 Digər növlər 525
Azərbaycan gimnastları İslamiadada finala vəsiqə qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.

Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıblar.

Final mərhələsi avqustun 14-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti