Fərid Qayıbov Sabirabadda yeni klubun açılışına qatıldı - FOTOLAR

30 İyul 2022 01:20 Digər növlər 827
Fərid Qayıbov Sabirabadda yeni klubun açılışına qatıldı - FOTOLAR

Sabirabad rayonunda “Muğan” ağır atletika klubunun açılışı olub.

Sportinfo.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad rayon icra hakimiyyəti başçısı Siraqəddin Cabbarov və Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi iştirak edib. Qonaqlar burada yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini verib, uğurlar arzulayıblar.

“Muğan” ağır atletika klubunun yaranması ilə Sabirabad rayonunda ilk dəfə olaraq ağır atletika məktəbinin əsası qoyulub. Klubun məqsədi ağır atletika olimpiya idman növünü regionda təşviq etmək və Sabirabaddan potensial çempionların hazırlanmasını təmin etməkdir.

“Muğan” ağır atletika klubunun bazası özəl sektora məxsus olan idman zalı üçün uyğunlaşdırılmış və tam yeni təmirdən çıxmış 2 zaldan ibarətdir.

Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kv.m sahədən, ikinci zal isə 120 kv.m sahədən ibarət olmaqla, trenajor avadanlıqları ilə təmin olunub. Ümumilikdə, binanın sahəsi 396 kv.m-dir.

“Muğan” ağır atletika klubunun idman zalına üzvlük şəhid ailələri və qazilər üçün pulsuzdur.




Digər Xəbərlər
Xəbər Lenti