Ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından Bakıya verildi - FOTO

12 Aprel 2022 02:10 Digər növlər 709
Ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından Bakıya verildi - FOTO

Maltanın paytaxtı Vallettada Avropa Badminton Konfederasiyasının Konqresi keçirilib.

Sportinfo.az xəbər verir ki, illik iclasda Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

Toplantıda 2023-cü ildəki Konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti, sayca 56-cı görüşü Bakıda keçiriləcək.

Tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından Azərbaycan paytaxtına verilib.

Həmçinin, Bakıdakı Konqresdə 2022-ci ildə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi baş tutacaq. Avropanın badminton federasiyasılarının prezidentləri Azərbaycana səfər edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti