Nazirdən 6 hədiyyə – İlk regional nümayəndəlik açıldı

11 Aprel 2022 02:40 Digər növlər 593
Nazirdən 6 hədiyyə – İlk regional nümayəndəlik açıldı

Azərbaycan Velosiped İdmanı Federasiyasının ilk regional nümayəndəliyi açılıb.

Sportinfo.az xəbər verir ki, bundan sonra İsmayıllı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək.

İsmayıllı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola bilərlər.

Bundan başqa, Şamaxı Olimpiya İdman Kompleksinə baxış keçirilib və yaxın günlərdə burada da federasiyanın filialının açılması planlaşdırılır.

Regional nümayəndəliklərin açılmasında əsas məqsəd kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən İsmayıllı filialına 6 velosiped və ehtiyat hissələri hədiyyə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti