"Bir dəfə mənə dedilər ki, bu, kənardan heç də yaxşı görsənmir"

7 Aprel 2022 17:40 Digər növlər 649
"Bir dəfə mənə dedilər ki, bu, kənardan heç də yaxşı görsənmir"

«Daha əvvəlki vaxt deyil, eyni zamanda bir neçə federasiyaya rəhbərlik etmək mümkün deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının sabiq prezidenti Azər Həsənsoy deyib.

Azərbaycan Döyüş Federasiyaları Assosasiyasının rəhbəri olaraq işini davam etdirən tanınmış funksioner Fərid Qayıbovun gənclər və idman naziri vəzifəsinə təyinatından sonra bu sahədə böyük canlanma yarandığını bildirib:

«İndi hər federasiyanın öz rəhbəri var. Bir şəxs iki təşkilata rəhbərlik edə bilməz.

Bir ara vəziyyət elə gətirmişdi ki, mən beş federasiyanın prezidenti idim. Hətta altıncısına hazırlaşırdım.

Ədliyyə Nazirliyi bu federasiyaların hər birini qeydiyyata alırdı. Ancaq mənə bir dəfə dedilər ki, bu, kənardan heç də yaxşı görsənmir.

Uzun illərdir Azərbaycan idmanına xidmət edirəm, düşünürəm ki, hər federasiyanın öz maliyyə dayaqları və konsepsiyası olsa, inkişaf prosesi daha sürətli gedəcək.

İdman Nazirliyi federasiyalar ilə sıx əməkdaşlıq etməyə başlayıb. Bundan sonra nazirliyə aylıq hesabat veriləcək. Onlar da görəcək ki, kim nə iş görür və kimin nə problemi var».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti