Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziya bölgüsü

7 Aprel 2022 02:10 Digər növlər 890
Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziya bölgüsü

Paris-2024 Yay Olimpiya Oyunlarında bütün idman növləri üzrə lisenziya bölgüsü müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Tokio olimpiadası ilə müqayisədə bəzi idman növlərində iştirakçı sayı azaldılıb.

Buraya su idmanı, atletika, boks, kanoe, velosiped idmanı, gimnastika, cüdo, avarçəkmə, yelkənli qayıqsürmə, atıcılıq və ağırlıqqaldırma daxildir.

Skeytbordinq, idman dırmanması və sörfinqdə lisenziya sayı artırılıb. Digər idman növlərində isə dəyişiklik baş verməyib.

Həmçinin olimpiadalar tarixində ilk dəfə gender bərabərliyi təmin olunub. 32 idman növünün hər birində bərabər sayda kişi və qadın idmançılar mübarizə aparacaqlar.

Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.

Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziya bölgüsü

Su idmanı - 1 370 (Tokio olimpiadasında - 1 410)

Oxçuluq - 128 (128)

Atletika - 1 810 (1 900)

Badminton - 172 (172)

Basketbol - 40 (40)

Boks - 248 (286)

Kanoe - 318 (328)

Veolisiped idmanı - 514 (528)

Atçılıq - 200 (200)

Qılıncoynatma - 212 (212)

Futbol - 32 (32)

Qolf - 120 (120)

Gimnastika - 318 (324)

Həndbol - 24 (24)

Xokkey - 24 (24)

Cüdo - 372 (386)

Müasir pentatlon - 72 (72)

Avarçəkmə - 502 (526)

Reqbi - 12 (12)

Yelkənli qayıqsürmə - 330 (350)

Atıcılıq - 340 (360)

Stolüstü tennis - 172 (172)

Taekvondo - 128 (128)

Tennis - 172 (172)

Triatlon - 110 (110)

Voleybol - 72 (72)

Ağırlıqqaldırma - 120 (196)

Güləş - 288 (288)

Breykdans - 32

Skeytbordinq - 88 (80)

İdman dırmanması - 68 (40)

Sörfinq - 48 (40)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti