Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ikinci günündə Azərbaycan təmsilçiləri növbəti çıxışlarını ediblər.
Sportinfo.az xəbər verir ki, kişilərin mübarizəsində yığmanın lideri İvan Tixonov turnikdə hərəkətlərdə 13.366 xal toplayaraq 6-cı pillədə qərarlaşıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı bu gün daha hərəkətdə - dəstəli at və dayaqla tullanmada məharətini nümayiş etdirəcək.
Tixonov ötən gün paralel qollarda (13.933 xal) 8-ci yeri tutub və finala yüksəlib.
Qadınlarda isə Samirə Qəhrəmanova və Milana Minakovskaya sərbəst hərəkətlərdə qüvvəsini sınayıb.
Hakimlərdən 11.566 xal alan Qəhrəmanova 10-cu, Minakovskaya isə 10.600 xalla sonuncu - 15-ci sırada yer alıb.
Azərbaycan yarışda, həmçinin Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), Cavidan Babayev və Nikita Simovov (hər ikisi halqa) və MMənsum Səfərovla (sərbəst hərəkətlər) təmsil olunur.

