"Mənə müqavilənin müddətinin uzadılması təklif olunmadı"

18:20 İngiltərə 137
"Mənə müqavilənin müddətinin uzadılması təklif olunmadı"

“Liverpul”un müdafiəçisi Endryu Robertson klub rəhbərliyinin ona müqavilənin müddətinin uzadılmasını təklif etmədiyini bildirib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, şotlandiyalı futbolçu yeni müqavilədən imtina etmədiyini söyləyib:

“Mən yeni müqavilədən imtina etmədim. Mənə müqavilənin müddətinin uzadılması təklif olunmadı.

Sadəcə, bu barədə söhbət etdik, başqa heç nə. Keçən mövsüm klubdan ayrılmağa yaxın idim, amma qalmağa qərar verdim. Eyni şey yanvar ayında da baş verdi”.

Robertson 2017-ci ildən “Liverpul”da oynayır. O, “qırmızılar”ın heyətində 373 oyun keçirib, 13 qol vurub və 69 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti