İngiltərəli hücumçunu almaq fikirləri var - Premyer Liqaya yüksəlsələr

00:20 İngiltərə 114
İngiltərəli hücumçunu almaq fikirləri var - Premyer Liqaya yüksəlsələr

“Çelsi”nin 18 yaşlı hücumçusu Cessi Derri yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi “Koventri” ingiltərəli futbolçu ilə yaxından maraqlanır.

Frenk Lempardın rəhbərlik etdiyi “Koventri” Premyer Liqaya yüksəlməyə çox yaxındır. Komandanın qalan dörd oyunda cəmi bir xal qazanması elitaya vəsiqəni rəsmiləşdirməsi üçün kifayətdir.

İngiltərənin U-19 millisində çıxış edən gənc forvard karyerasına “Kristal Pelas” akademiyasında başlayıb.

Onun çıxışı “Çelsi”nin diqqətini cəlb edib və London klubu 2025-ci ildə futbolçu ilə dörd illik müqavilə imzalayıb.

“Koventri” Cessi Derrini icarə əsasında heyətinə qatmaq niyyətindədir.

Frenk Lempard futbolçu karyerası ərzində uzun müddət (2001-14) “Çelsi”nin formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…