“Onun potensialı bir neçə il əvvəl görünürdü, amma indi məlum olur ki...”

01:40 Fransa 132
“Onun potensialı bir neçə il əvvəl görünürdü, amma indi məlum olur ki...”

Belçikalı sabiq futbolçu Eden Hazard, PSJ-də oynayan “qızıl top”un hazırkı mükafatçısı Osman Dembeleni yüksək qiymətləndirir.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, fransalı futbolçunun potensialının daha əvvəldən özünü göstərdiyini söyləyib:

“Dembele müstəsna istedaddır, amma düşünmürəm ki, bu, qəfil partlayışdır. Onun potensialı bir neçə il əvvəl görünürdü, amma indi məlum olur ki, o, inkişaf edə bilər.

Düşünürəm ki, baş məşqçi Luis Enrike və PSJ-nin məşqçilər heyətinin bunda böyük rolu var. İdmanda bu cür transformasiyaların daha çox olmasını istərdim”.

Dembele daha əvvəl “Borussiya (Dortmund) və “Barselona” kimi klublarda oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…