“11 nəfərlə müdafiə olunmaqdan başqa nə etdilər ki?” – Qəzəbini bu sözlərlə soyutdu

19:00 Müsahibə 314
“11 nəfərlə müdafiə olunmaqdan başqa nə etdilər ki?” – Qəzəbini bu sözlərlə soyutdu

“Qəbələ”nin Fil Dişi Sahilindən olan legioneri Adriel Ba Lua Sportinfo.az-a müsahibə verib.

29 yaşlı yarımmüdafiəçi komandasının “İmişli”yə 0:1 hesablı məğlubiyyətindən sonra sualları cavablandırıb.

- Turnir cədvəli baxımından vacib qarşılaşmada əsas rəqiblərinizdən birinə məğlub oldunuz. Səbəbləri deyə bilərsən?

- Hər iki komanda üçün çətin matç oldu. Bilirdik ki, “İmişli” yaxşı təşkilatlanıb, xüsusən müdafiə planında intizamlı oynayır. Rəqibin bir dəfə yarım qol imkanı oldu, onda da qol vurdu. Çünki bu imkanı biz onlara verdik. Günahı özümüzdə axtarmalıyıq. Daha sürətli, daha təhlükəli ola bilərdik. Xüsusən real qol imkanları yaratmaq baxımından çətinlik çəkdik.

- Qələbə “İmişli”nin haqqı idi?

- Belə düşünmürəm. Fikrimcə, “İmişli” bu oyunla qələbəni haqq etmirdi. 11 nəfərlə müdafiə olunmaqdan başqa nə etdilər ki? Rəqibin ümidi əks-hücumlara və standart vəziyyətlərə idi. Halbuki topa nəzarət, hücum qurmaq, qol imkanları yaxalamaq baxımından üstünlük bizdəydi.

- “İmişli” ilə xal fərqi 7-yə yüksəldi. 9-cu pillənin əldən çıxdığını demək olar?

- Xeyr. Niyə ki? Arada 7 xal fərq olsa da, qarşıda 6 oyun var. Növbəti turlarda çox şey dəyişə bilər. Sona qədər mübarizə aparacağıq.

- Hər halda pley-off oynamaq daha real görünür, nəinki çempionatı 9-cu pillədə başa vurmaq.

- Pley-offu 11-ci pillədə başa vuran oynayacaq. Sıralamada 10-cu yer də var. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqadakı yerimizi birbaşa qoruyaq. Pley-offa, yaxud başqa nəyəsə ehtiyac qalmasın. Komandama və komanda yoldaşlarıma güvəndiyimə görə iddialı danışıram. Qarşıdakı 6 oyunun hər biri bizim üçün finala bərabər olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti