“Nyukasl” baş məşqçi postu üçün alternativ variantları nəzərdən keçirir.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “sağsağanlar” mövsümün sonunda Eddi Hounun mümkün gedişinə hazırlaşır.
Klub daxilində bir sıra namizədlər müzakirə olunur. Siyahıda məşhur mütəxəssislər – Joze Mourinyo və Roberto Mançini də yer alır.
Hou hazırda rəhbərlikdən yay transfer pəncərəsi üçün heyətin gücləndirilməsi ilə bağlı təminat almağa çalışır.
Ancaq bu məsələ hələ də qeyri-müəyyən olaraq qalır və bu səbəbdən, baş məşqçinin yayda ayrılması istisna edilmir.
“Nyukasl” İngiltərə Premyer Liqasında 32 turdan sonra 42 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

