PSJ-nin vingeri Bredli Barkola ilə yeni müqavilə danışıqları çətin mərhələyə daxil olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın müddətinin uzadılması ilə bağlı razılığa gələ bilmir.
Klub 23 yaşlı futbolçunu heyətdə saxlamaq istəsə də, əsas problem oyunçunun yüksək maaş tələbləridir.
Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 39 oyuna çıxaraq, 12 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

