Nazir Dünya Kapoeyra Federasiyası ilə əməkdaşlığı müzakirə etdi

17 Aprel 04:20 Digər növlər 288
Nazir Dünya Kapoeyra Federasiyası ilə əməkdaşlığı müzakirə etdi

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Bu gün Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşən nazir ölkədə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə Azərbaycanda kapoeyranın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və federasiyanın digər məsul şəxsləri də görüşdə iştirak ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti