"Liverpul"un müdafiəçisi “Qarabağ” haqda nə söylədi?

"Liverpul"un müdafiəçisi “Qarabağ” haqda nə söylədi?

"Ümid edirəm ki, "Qarabağ"la matçda da bugünkü kimi uğurlu çıxış edə biləcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu "Liverpul"un futbolçusu Ceremi Frimponq Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Fransada yerli "Marsel"i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

UEFA-ya açıqlamasında niderlandlı müdafiəçi komandasının çıxışını şərh edib: "

Yaxşı oyun nümayiş etdirdik, həm müdafiədə, həm də hücumda effektiv olduq. Çoxlu qol şansları yaratdıq və layiqli qələbə qazandıq".

Frimponq Çempionlar Liqasında Azərbaycan çempionu ilə keçiriləcək matçı barədə də danışıb:

"Bu mərhələni ilk səkkizlikdə bitirmək istəyirik. Gələn həftə “Qarabağ”la oyunumuz var.

Ümid edirəm ki, həmin matçda da bugünkü kimi uğurlu çıxış edə biləcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 18:10 Çək və bizə göndər!