“Liverpul”un ulduzu: “Bu gün etdiyimizi "Qarabağ"la oyunda da təkrarlaya biləcəyik”

“Liverpul”un ulduzu: “Bu gün etdiyimizi "Qarabağ"la oyunda da təkrarlaya biləcəyik”

“Düşünürəm ki, yaxşı oyun idi.

Həqiqətən düzgün müdafiə olunduq, çox yaxşı hücum etdik və çoxlu qol şansları yaratdıq.

Bu, layiqli qələbədir. Ona görə də həqiqətən xoşbəxtik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Liverpul"un futbolçusu Jeremie Frimponq UEFA-ya açıqlamasında deyib.

O, Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda səfərdə "Marsel"ə qalib gəldikləri matçı (3:0) dəyərləndirib.

Niderlandlı vinger "Qarabağ"la sonuncu turda keçiriləcək oyuna da toxunub:

“Düşünürəm ki, hamı mərhələni 1/8 finalda bitirmək istəyir. Gələn həftə "Qarabağ"la qarşılaşacağıq.

Ona görə də ümid edirik ki, bu gün etdiyimizi "Qarabağ"la oyunda da təkrarlaya biləcəyik”.

Jeremie Frimponq "Liverpul"un 13 oyunluq məğlubiyyətsiz seriyası haqqında da danışıb:

“Hər oyunu olduğu kimi qəbul edirik. Bəli, hazırda yaxşı seriyamız var. Ümid edək ki, bu, davam edəcək".

"Liverpul" - "Qarabağ" matçı yanvarın 28-dən 29-a keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hazırda "Liverpul" 15 xalla 4-cü, "Qarabağ" isə 10 xalla 18-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!