Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunun yekunlarına əsasən rəmzi komandanı açıqlayıb.
Sportinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirinin ən yaxşı 11 futbolçusu arasında "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb.
Elvin Cəfərquliyev “Qarabağ”ın doğma meydanda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Həftənin rəmzi komandası belə müəyyənləşib:
Qapıçı: Konstantinos Tzolakis (“Olimpiakos”)
Müdafiəçilər: Elvin Cəfərquliyev (“Qarabağ”), Vircil van Deyk (“Liverpul”), Pedro Porro (“Tottenhem”), Costeyn Qundersen (“Bodo-Qlimt”)
Yarımmüdafiəçilər: Xefren Tyuram “(Yuventus”), Fran Navarro (“Braqa”), Fermin Lopez (“Barselona”),
Hücumçular: Vinisius Junior (“Real”), Simone Gilano (“Atletiko”), Luis Suarez (“Sportinq”)


