Bakıda uduzdular, ÇL-lə vidalaşacaq komandaların yeni “qatar”ına mindilər

Bakıda uduzdular, ÇL-lə vidalaşacaq komandaların yeni “qatar”ına mindilər

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun son oyunlarından sonra turnirdə mübarizəni dayandıracaq daha iki komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, “Ayntraxt”ın Çempionlar Liqası ilə vidalaşacağı dəqiqləşib.

Frankfurt təmsilçisi Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzub və 7 oyundan sonra cəmi 4 xalla pley-off şanslarını itirib.

“Barselona”ya 2:4 hesabı ilə məğlub olan Çexiyanın “Slaviya” klubu isə 7 turdan sonra cəmi 3 xal toplayıb və pley-off mərhələsinə yüksəlmək üçün riyazi şanslarını itirib.

Hazırda pley-offa vəsiqə verən sonuncu – 24-cü pillədə Yunanıstanın “Olimpiakos” komandası qərarlaşıb. Afina təmsilçisinin aktivində turnirin bitməsinə bir tur qalmış 8 xal var.

Daha əvvəl İspaniyanın “Vilyarreal” və Qazaxıstanın “Kayrat” klubları ÇL-in pley-off mərhələsinə yüksəlmək imkanlarını itirmişdilər.

Turnirdə iştirak edən digər komandaların isə hələlik ümumi mərhələni ilk 24-lükdə başa vurmaq üçün nəzəri şansları qalmaqdadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!