“Bavariya” Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin edən ikinci komanda olub.
Sportinfo.az xəbər verir ki, Almaniya təmsilçisi Liqanın ümumi mərhələsinin 7-ci turunda evdə Belçikadan “Union”u 2:0 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra “Bavariya” xallarının sayını 18-ə çatdırıb və 36 klubun iştirak etdiyi turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Münhenlilərlə 9–24-cü yerlər arasında artıq 5 xallıq fərq yaranıb. Ümumi mərhələdə isə komandaların cəmi bir oyunu qalıb.
Tturnir cədvəlində ilk 8 yerdən birini tutan komanda birbaşa 1/8 finala vəsiqəni təmin edir. Bu vəsiqəni ilk qazanan London “Arsenal”ı olub. “Topçular” 7 turdan sonra 21 xalla turnir cədvəlinə liderlik edir.

