Bu klublar üçün Çempionlar Liqası mövsümü başa çatdı

21 Yanvar 18:40 Çempionlar Liqası 1 561
Bu klublar üçün Çempionlar Liqası mövsümü başa çatdı

Çempionlar Liqasında iki komandanın növbəti mərhələyə yüksəlmək şansları qalmayıb.

Sportinfo.az xəbər verir ki, bunlar İspaniyadan “Vilyareal” və Qazaxıstandan “Kayrat”dır.

Hər iki komanda ötən gecə aldığı məğlubiyyətdən sonra bütün şansını itirib. Belə ki, “Vilyareal” “Ayaks”a 1:2, “Kayrat” isə “Brügge”yə 1:4 hesabı ilə məğlub olub.

Hər iki komandanın hesabında cəmi 1 xal var. Qalan 34 komandanın isə növbəti mərhələ şansları davam edir.

“Arsenal” isə artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı