"Ayntraxt"ın (Frankfurt) "Qarabağ"a qarşı keçirəcəyi Çempionlar Liqasının əsas mərhələsinin oyunundan əvvəl Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq.
Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi matçdan bir gün əvvəl, yanvarın 20-də, axşam saatlarında Azərbaycana gələcək.
Frankfurt klubu qarşılaşmadan sonra Almaniyaya yollanacaq. UEFA "Ayntraxt"a cəza verdiyi üçün qonaq azarkeşlər tribunada yer almayacaqlar.
"Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

