“Arsenal” Braziliyanın “Korintians” komandasında çıxış edən 25 yaşlı sağ cinah müdafiəçisi Mateuzinyo üçün rəsmi transfer təklifi göndərib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Arsenal” məlumat yayıb.
“Topçular”ın baş məşqçisi Mikel Arteta müdafiəni gücləndirmək məqsədilə braziliyalı futbolçunun transfer olunmasını tələb edir.
Ancaq “Korintians” əsas oyunçularından birini buraxmaq istəmir. Buna baxmayaraq, Mateuzinyo özü transferdə israr etsə, Braziliya klubu mövqeyini yenidən nəzərdən keçirə bilər.
Futbolçu cari mövsümdə 13 oyunda iştirak edib və 1 qol vurub. Onun “Korintians”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

