“Gec-tez geri qayıtmaq istəyərdim - Mənim üçün orada yarımçıq qalan nəsə var”

15:40 İngiltərə 117
“Gec-tez geri qayıtmaq istəyərdim - Mənim üçün orada yarımçıq qalan nəsə var”

“Roma”nın yetirməsi olan və hazırda “Arsenal”ın şərəfini qoruyan Rikkardo Kalafiori karyerasının keçmişi və gələcəyi ilə bağlı açıqlama verib.

İtaliyalı müdafiəçi London klubuna 2024-cü ildə, “Bolonya”dan 43,7 milyon avro qarşılığında transfer olunub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu gələcəkdə yenidən “Roma”ya qayıtmaq arzusundadır:

“Gec-tez “Roma”ya qayıtmaq istəyərdim. Gələcək karyeramı planlaşdıra bilmərəm, amma bunu çox istəyirəm. Mənim üçün orada yarımçıq qalan nəsə var”.

Kalafiori həmçinin, xatırladıb ki, futbol yoluna hücumçu kimi başlayıb:

“Gənclər komandasında 20 nəfər idik və 17-si hücumda oynamaq istəyirdi. Kiminsə geri çəkilməsi lazım idi.

Fiziki cəhətdən daha hazır olduğum üçün seçim mənim üzərimə düşdü. Demək olar ki, təsadüf idi, amma hər şeyi dəyişdi”.

Kalafiori cari mövsümdə İngiltərə Premyer Liqasında 20 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti