Bu qadınla birgə “İlin idmançısı” mükafatına namizəddir

00:00 Fransa 69
Bu qadınla birgə “İlin idmançısı” mükafatına namizəddir

Osman Dembele, qadınlardan ibarət İspaniya millisinin və “Barselona”nın üzvü Aitana Bonmati “Laureus” versiyasına görə “İlin idmançısı” mükafatına namizəd göstərilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, təltifetmə mərasimi aprelin 20-də Madriddə keçiriləcək.

Kişilər arasında namizədlər siyahısında PSJ-nin hücimçusu Dembele ilə yanaşı, tennisçilər Karlos Alkaras və Jannik Sinner, sloveniyalı velosipedçi Tadey Poqakar, ispaniyalı motoidmançı Mark Marquez və ötən ilin qalibi, isveçli dirəklə tullanma ustası Armand Duplantis yer alıb.

Qadınlar arasında isə Bonmati ilə yanaşı, belaruslu tennisçi Arina Sabalenka, amerikalı üzgüçü Kati Ledeki, keniyalı atlet Faith Kipyeqon və ABŞ təmsilçiləri Sidney Maklauqlin-Levrone ilə Melissa Cefferson-Voden də mübarizə aparacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu