“Bu, bizə pis təsir edir, əziyyət çəkirik” - “11 nömrə” kimə və nəyə güvənir?

3 Mart 23:00 Müsahibə 139
“Bu, bizə pis təsir edir, əziyyət çəkirik” - “11 nömrə” kimə və nəyə güvənir?

“Karvan-Yevlax”ın ingiltərəli legioneri Kayl Spens Sportinfo.az-a müsahibə verib.

29 yaşlı yarımmüdafiəçi komandasının səfərdə “Qəbələ” ilə bərabərə qaldığı (1:1) matçdan sonra sualları cavablandırıb.

-1 xalı “Karvan” üçün qazanc hesab etmək olar?

- Düzünü desəm, bura 3 xal üçün gəlmişdik. Hətta buna çox yaxın idik. Lazım olan qolu vurmuşduq, əlavə bir neçə imkan qazanmışdıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Hər kəs vəziyyətimizi bilir. Ona görə də yalnız və yalnız qələbə barədə düşünürük. Alınmadısa, 1 xalı da qazanc hesab edə bilərik.

- Oyunun sonlarına yaxın bəzi futbolçuların yerdə qalmasından, əvəzetmələr zamanı meydanı gec tərk etməsindən elə başa düşülürdü ki, Qəbələdəki heç-heçə də sizə sərf edir.

- Elə bir futbolçu yoxdur ki, meydana heç-heçə üçün çıxsın. Bu, mümkün deyil. Biz də qalib gəlmək üçün mübarizə aparırdıq. Bəlkə də kənardan elə görünüb.

- İlk və son qələbənizi avqustda qazanmısınız. 20 oyundur 3 xal üzünə həsrət qalmağınızın səbəbini nədir?

- Futbolda belə hallar qaçılmazdıq. Əlbəttə, xoş mənzərə deyil və bu fakt biz futbolçulara pis təsir edir. Yenə deyirəm, hər oyunda meydana qələbə üçün çıxırıq. Çalışırıq, mübarizə aparırıq, yaxşı imkanlar yaradırıq, lakin qol vurmaq sarıdan əziyyət çəkirik. Futbolda qol vurmaq çox önəmlidir. Bunu bacarmayanda qələbə də olmur.

- Çıxış yolunu nədə görürsən?

- Bu şəkildə davam etməliyik. İstəyi və mübarizliyi artırıb, qol fürsətlərindən yararlanmaqla uğurlu nəticələr əldə edə bilərik.

- Əsas rəqibləriniz “Qəbələ” ilə “Karvan-Yevlax”dan 9 xal geri qaldığınızı nəzərə alsaq, sonunculuqdan qurtulmaq nə dərəcədə real görünür?

- Bilirəm, çox çətin görünür. Amma unutmayaq ki, qarşıda 11 oyun var. Bu isə mümkün 33 xal deməkdir. Üstəlik, həm “Kəpəz”, həm də “Qəbələ” ilə Yevlaxda oynayacağıq. Şəxsi görüşlərdə qələbə qazanmaqla vəziyyəti düzəldə bilərik. Gələcəyə nikbin baxıram və içimdən gələn hiss bunu bacaracağımızı deyir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu