"Qarabağ" üçün neçə bilet ayırıb? - "Liverpul"

9 Yanvar 13:20 Çempionlar Liqası 211
"Qarabağ" üçün neçə bilet ayırıb? - "Liverpul"

Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” matçının Ağda təmsilçisinin azarkeşləri üçün ayrılan biletləri bu gün satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klbun mətbuat xidməti məlumat yayıb.

Görüşü "Enfild"də izləmək və "Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə saat 12:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti 115 AZN təşkil edir.

Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə etmək mümkündür. Bildirilib ki, oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

"Qarabağ" azarkeşləri üçün "Enfild"də 1250 yer ayrıldığı vrğulanıb.

"Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI