UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"In rəqibi olan "Ayntraxt"ı cəzalandırıb.
Frankfurt klubu Bakıda dəstəksiz qalacaq. "Ayntraxt"ın cəzalandılmasının səbəbi azarkeşlərinin "Barseolona" ilə səfərdə keçirilən görüşdə (1:2) pirotexniki vasitələrdən istifadə etməsidir.
Sportinfo.az xəbər verir ki, Almaniyanın "Bild" nəşri "Ayntraxt"ın paytaxtımızda tək qalmasına belə şərh verib:
"Dino Toppmöllerin komandasına ciddi ziyan vuracaq haqlı cəza verildi. “Ayntraxt”ın pley-off mərhələsinə yüksəlmək şansı üçün Bakıda qələbəyə çox ehtiyacı var.
Lakin komandanın islaholunmaz xuliqanlarına görə, komanda indi "Qarabağ"la oyuna daha əlverişsiz vəziyyətdə çıxacaq".
"Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

