“Sevincimi izah etmək çətindir” - “Qarabağ”a iki qol vuran

“Sevincimi izah etmək çətindir” - “Qarabağ”a iki qol vuran

“Ayaks”ın hücumçusu Oskar Qlux Çempionlar Liqasının 6-cı turunda “Qarabağ”la keçirilən səfər oyununun ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı forvard dubl etməklə bunu bacarıb.

Komandasının 4:2 hesablı qələbəsinə 79 və 90-cı dəqiqələrdə vurduğu qollarla töhfə verən Qlux UEFA tərəfindən qarşılaşmanın ən yaxşıdı adına layiq görülüb.

O, UEFA-nın rəsmi saytına açıqlamasında fikirlərini bölüşüb:

“Sevincimi izah etmək çətindir. Həyəcanlı gecə oldu. Bakıya gəldiyimiz andan hazırlıq çox yaxşı idi və bunun bəhrəsini matçda gördük.

Görüşə diktə etdik. Rəqib erkən qolla hesabı açdı.

Amma performansımız yaxşı oldu. “Qarabağ” iki dəfə önə keçsə də, geridönüş edəcəyimizə inanırdıq.

Yekunda bunu bacardıq. Qələbəyə dair güclü inamla bura gəlmişdik.

Hələ iki oyunumuz qalır, onları da qələbə ilə bitirmək istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı