“Vest Hem”in yarımmüdafiəçisi Mateus Fernandes yayda komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu klubunun Premyer Liqada yerini qoruya bilməyəcəyi təqdirdə, ayrılmaq üçün transferə çıxarılmasını tələb edəcək.
Portuqaliyalı yarımmüdafiəçinin əsas namizədlərindən biri kimi “Mançester Yunayted” göstərilir. Bundan başqa, bir neçə digər klub da onun vəziyyətini diqqətlə izləyir.
“Vest Hem” Fernandesi ötən ilin avqustunda “Sauthempton”dan 44 milyon avroya transfer etmişdi.
O, cari mövsümdə bütün turnirlərdə 32 oyuna çıxaraq, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Vest Hem” hazırda topladığı 28 xalla Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

