Fevralın ən yaxşı oyunçusunun adı bilindi - Premyer Liqada

14 Mart 00:20 İngiltərə 623
Fevralın ən yaxşı oyunçusunun adı bilindi - Premyer Liqada

“Mançester Siti”nin hücumçusu Antuan Semenyo Premyer Liqada fevral ayının ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

26 yaşlı futbolçu keçən ay İngiltərə çempionatında 5 oyuna çıxıb və bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Semenyonun Premyer Liqada ayın ən yaxşı oyunçu mükafatını qazanması ilk dəfədir.

Qanalı futbolçu “Mançester Siti”yə qış transfer pəncərəsində “Bornmut”dan transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM