“Sabah” Azərbaycanın reytinqdə mövqeyini dəyişdimi?

18 İyul 2025 11:20 Azərbaycan Futbolu 650
“Sabah” Azərbaycanın reytinqdə mövqeyini dəyişdimi?

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Sportinfo.az xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,125 əmsal əlavə olunub.

Bu, Avropa Liqasının I təsnifat mərhələsində baş tutan "Sele" (Sloveniya) - "Sabah" matçından (3:3) sonra reallaşıb. Paytaxt klubu heç-heçə nəticəsində ölkə reytinqinə 0,125 əmsal əlavə edib.

Hazırda Azərbaycan 17.250 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Ukrayna (17,975), 30-cu sırada isə Bolqarıstan (16,500) qərarlaşıb.

UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!