Onlar nə işsiz qaldı, nə də pulsuz

Onlar nə işsiz qaldı, nə də pulsuz

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti olmayacaq.

Bir neçə ay əvvəl bu qərar qüvvəyə minəndə iddialar vardı ki, məhz bundan sonra yerli futbolçular ölkə xaricinə üz tutacaq.

Ki, daha burada onlara dəyərindən artıq maaş təklifi olunmayacaq.

Tədricən yeni mövsüm yaxınlaşır.

Klublar komplektləşir.

Transfer bazarında bir çox suallara aydınlıq gəlir.

Həmçinin yerlilərlə bağlı duruma.

Biz nə görürük?

Milli üzvü olan və digər normal yerli oyunçular Premyer Liqa klubları ilə anlaşıb.

Heş bir əlin barmaq sayı qədər olmayanı Birinci Liqaya ayaq açıb.

Bəs ölkə xaricinə?

Ora da gedənləri var.

Ramin Əhmədov, İldar Alekperov, Nazim Məmmədzadə, Mirabdulla Abbasov, İlkin Muradov və ən son da Orxan Əliyev.

Say çox, keyfiyyət aşağı.

Adıçəkilənlər nə qonşu Rusiya, İran, Gürcüstana, nə də Türkiyə və ya son dönəmlər alışdığımız Albaniyaya gedib.

Hamısı yeni mövsüm Qırğızıstanda legioner həyatı yaşayacaq.

Görünən odur ki, limitin ləğvi yerliləri nə işsiz qoyacaq, nə də pulsuz.

Üzdə olanlar burada yenə qazanacaq, qazandan kənarda qalanlar isə Qırğızıstan kimi ölkələrdə dolanışacağını quracaq.

Olan isə Azərbaycan futboluna olur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti