“Oyunçularımın məyus olduğunu gördüm, paltardəyişmə otağında ağladılar"

8 May 12:20 Çempionlar Liqası 338
“Oyunçularımın məyus olduğunu gördüm, paltardəyişmə otağında ağladılar"

Sportinfo.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinalında PSJ-yə məğlubiyyətdən sonra futbolçularının reaksiyasından danışıb.

“Oyunçularımın məyus olduğunu gördüm, paltardəyişmə otağında ağladılar. Ən yaxşı klubun uduzduğunu düşünürəmmi?

Bəli, belə hesab edirəm. PSJ-nin məşqçilər korpusu bunu mənə şəxsən dedi”, - deyə Arteta qeyd edib.

"Arsenal” cavab qarşılaşmasında PSJ-yə 2:1 (ümumi 3:1) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!