"Qarabağ"a qol vurmaq üçün 4 hücumçu seçdilər - SİYAHI

21 İyun 20:20 Çempionlar Liqası 1 774
"Qarabağ"a qol vurmaq üçün 4 hücumçu seçdilər - SİYAHI

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Poznan təmsilçisi hazırlıq prosesinin 2-ci mərhələsinə yeni baş məşqçisi Con van den Bromun rəhbərliyi altında bu gün başlayıb.

Təlimlərdə 33 futbolçu iştirak edir. Onlardan 4-ü qapıçı, 10-u müdafiəçi, 15-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Filip Bednarek, Kşiştof Bakovski, Karol Drajdzevski, Artur Rudko

Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinyo, Pedro Reboko, Bartoş Salamon, Lubomir Şatka

Yarımmüdafiəçilər: Joao Amaral, Yakub Antjak, Adriel ba Lua, Maksim Çekalya, Patrik Qoqol, Yesper Karlström, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marçvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Şikora, Filip Volski, Kristoffer Velde

Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobyeç, Filip Şimçak

"Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?