Anası şəhid oğlunun arzusunu yerinə yetirdi, məzarına "Fənərbağça" forması sərildi: FOTOLAR

28 Noyabr 2020 14:20 Bizimkilər 640
Anası şəhid oğlunun arzusunu yerinə yetirdi, məzarına "Fənərbağça" forması sərildi: FOTOLAR

Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları sayəsində böyük zəfər qazandı.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə neçə-neçə igid oğullarımız qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi.

44 günlük müharibə müddətində cəbhəyə könüllü gedənlərdən biri də əslən Naxçıvandan olan Bakı sakini Niyamin Niftalızadə idi. O, torpaq uğrunda caını fəda edən əsgərlərimizdəndir.

Döyüş yoldaşları 23 yaşlı Niyaminin Cəbrayıl istiqamətində gedən döyüşlərdə 2 tankı vurduğunu və taboru xilas etdiyini bildiriblər.

Niftalızadə Niyamin Xaliq oğlu oktyabrın 7-də şəhid olub. Cənazəsi oktyabrın 8-i ailəsinə təhvil verilib, ayın 9-u isə dəfn olunub.

Anasının istəyi ilə onun məzarının üstünə sarı güllər və atributlar düzülüb, "Fənərbağça" forması sərilib. Çünki bu, Niyaminin arzusu olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”